Ru
18:13 / 12 Oktyabr 2024

Cəlilabadda gəlin maşını qəzaya düşdü - Xəsarət alan var

992
Cəlilabad rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.

Bakupost.az -ın "Report"a istinadla məlumatına görə, hadisə Cəlilabad şəhəri H.Əliyev prospektində qeydə alınıb.

Belə ki, bəy maşını olan "BMW" markalı minik avtomobili "VAZ 21015" markalı minik avtomobili ilə toqquşub.

İlkin məlumata görə, qəza nəticəsində ağır xəsarət alan 1951-ci il təvəllüdlü Əzizağa Əhmədxan oğlu Xudiyev Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar