Ru
16:22 / 24 Dekabr 2024

Cəlilabadda "Göl" hoteli yandı - FOTO

Cəlilabadda "Göl" hoteli yandı - FOTO
Eye


Cəlilabadda rayonunda yanğın hadisəsi qeydə alınıb.

Bakupost.az -ın əldə etdiyi məlumata görə, yanğın rayonun H.Əliyev Seyrəngahında yerləşən "Göl" hotelində baş verib.

Qəflətən 3 mərtəbəli otelin 2-ci mərtəbəsində başlayan yanğın digər otaqlara doğru genişlənib.


Hadisə yerinə Cəlilabad Yanğından Mühafizə Hissəsinin 2 texnikası və canlı qüvvəsi cəlb olunaraq alov lokallaşdırılıb.

Ümumilikdə, hoteldə 30 kvadratmetr sahə yanaraq yararsız hala düşüb.
Yanğının səbəbi araşdırılır.

Qeyd edək ki, otel uzun müddətdir istifadəsiz idi.

Zaur, BakuPost



Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar