Ru
19:08 / 09 Fevral 2025

Cəlilabadda körpü qəzalı vəziyyətə düşdü

Cəlilabadda körpü qəzalı vəziyyətə düşdü
Eye

Cəlilabad rayonunun Vənlik kəndindəki körpü yağışlardan sonra qəzalı vəziyyətə düşüb.

Bakupost.az Report-a istinadən xəbər verir ki, körpü yaşayış məntəqələri arasında gediş-gəlişi təmin edir. Son yağışlardan sonra qəzalı vəziyyətə düşən körpüdən hər hansı avtomobilin keçməsi təhlükəlidir.

Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin 46 saylı Yol İstismar Məhdud Məsuliyyətli Cəmiyyətindən bildiriblər ki, sözügedən körpünün qəzalı vəziyyətə düşməsi ilə bağlı artıq qurumun nümayəndələri baxış keçiriblər və əraziyə təmir məqsədilə lazımi texnika gətirilib, yağışlar ara verən kimi burada işlər aparılacaq.

Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar