Ru
20:35 / 15 Mart 2025

Cəlilabadda meyitxanay gətirilən 34 yaşlı kişinin ölmədiyi məlum oldu - YENİLƏNİB

Cəlilabadda meyitxanay gətirilən 34 yaşlı kişinin ölmədiyi məlum oldu - YENİLƏNİB
Eye

Cəlilabad meyitxanasına meyit kimi daxil olan şəxs komatoz vəziyyətdə olub.

Bakupost.az APA-ya istinadən xəbər verir ki, hadisə bu gün Cəlilabad rayon Tahirli kəndi ərazisində baş verib.

Özünü asaraq intihara cəhd edən kənd sakini 1991-ci il təvəllüdlü Xəyal Yusif oğlu Quliyev Məhkəmə Tibbi Ekspertiza və Potoloji Anatomiya birliyinin Cəlilabad rayon şöbəsinə təhvil verilib. Əraziyə PPX - nin əməkdaşları cəlb olunub.

Məlum olub ki, özünü asaraq intihar etməyə cəhd göstərən X.Quliyev ölməyib və o, komatoz vəziyyətdədir.

Dərhal X.Quliyev Cəlilabad rayon mərkəzi xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Xəstəxanadan verilən məlumata görə Xəyal Quliyevə zəruri olan bütün ilkin tibbi xidmətlər göstərilib, vəziyyəti ağır olaraq qalır.

Fakt araşdırılır.


***
12:54

Cəlilabadda meyit tapılıb.

Bakupost.az -ın APA-ya istinadən verdiyi məlumata görə, Cəlilabad rayon Tahirli kənd sakini 1991-ci il təvəllüdlü Xəyal Yusif oğlu Quliyevin meyiti tapılıb.

İlkin məlumata görə o, özünü asıb.

Meyit daxili və xarici müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya birliyinin Cəlilabad rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar