Ru
09:26 / 03 İyul 2024

Cennifer Lopez boşandı - FOTO

1770
Dünyaca məşhur müğənni Cennifer Lopezin boşandığı iddia olunub.

Bakupost.az xəbər verir ki, 2022-ci ildə evlənən Cennifer Lopez və Ben Afflekin evliliyi bir müddətdir ki, sarsıntılı idi. Mübahisələri tez-tez videolarla gündəmə gətirilən cütlüyün mart ayında gizli şəkildə ayrıldığı iddia edilib.

Afflekin Lopesin karyerasına təsir etməmək üçün boşanma qərarını gizli saxlamaq istədiyi də bildirilib.

“Page Six” onlara qarşı irəli sürülən ittihamlara səssiz qalan ikilinin Beverli Hillsdəki dəbdəbəli malikanələrini satdıqlarını yazıb. Afflekin evdən əşyalarını köçürməsi cütlüyün boşanma iddiasını da gücləndirib. Yayı ayrı keçirən cütlüklərdən Lopez İtaliyaya gedib, Afflek isə Los-Ancelesdə qalıb.

Qeyd edək ki, Ben Afflek 30 iyun bazar günü keçmiş həyat yoldaşı Cennifer Qarnerin evinə baş çəkərkən də çaşqınlıq yaratmışdı.

Cütlük haqqında söz-söhbətlər Lopezin 2024-cü ilin mayında əri olmadan Met Gala-ya qatılması ilə başladı.





Aygün
BakuPost

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər