Ötən ilin dekabrın 29-da Cənubi Koreyanın Muan hava limanında 179 nəfərin ölümü ilə nəticələnən təyyarə qəzasının ilkin səbəbi açıqlanıb.
Bakupost.az xarici mediaya istinadən xəbər verir ki, qəzaya düşən “Jeju Air” sərnişin təyyarəsi ilə bağlı ilkin hesabat dərc edilib.
Hesabata əsasən, qəzaya səbəb olduğu güman edilən quşlara dair dəlillər aşkar edilib.
Belə ki, təyyarənin hər iki mühərrikində Baykal mallard ördək növünə aid lələk və qan ləkələri aşkar edilib.
Həmçinin səlahiyyətli şəxslər bildiriblər ki, qəzaya uçuş-enmə zolağının sonundakı beton konstruksiya da səbəb olub.
Qeyd edilib ki, “Boeing 737-800” tipli təyyarənin mühərrikləri ətraflı şəkildə yoxlanılacaq və qəzadan təsirlənən beton konstruksiya da təhlil ediləcək.