İngiltərənin Brayton xəstəxanasında adı çəkilmçəyən cərrah bütün kolleqalarını şoka salıb.
Bakupost.az xəbər verir ki, əməliyyata başlayan cərrah skalpeli tapa bilmədiyi üçün özünü itirməyib və üzərində olan kiçik İsveç bıçağı ilə xəstəni kəsib. Hansı ki, bu cib bıçağı ilə naharda meyvə kəsərdi.
Kolleqaları şoka salan digər məqam bıçağı xüsusi sterizasiyadan keçirməməsi də olub,
Xoşbəxtlikdən pasiyentdə heç bir problem olmayıb, amma bu məsələ üzrə xəstəxanadaxili araşdırma başlanılıb.
Cərrah xəstənin sağlamlığına heç bir təhlük yaratmadığını və protokollara tam əməl etdiyini bildirib.
Aygün Musayeva
BakuPost