Ru
15:20 / 25 Fevral 2025

Cevdet Yılmaz: Zəngəzur dəhlizinin açılması Orta Dəhlizi daha cəlbedici edəcək

Cevdet Yılmaz: Zəngəzur dəhlizinin açılması Orta Dəhlizi daha cəlbedici edəcək
678

Orta Dəhlizin inkişaf etdirilməsi son dərəcə kritik məsələdir.

Bakupost.az APA-ya istinadən xəbər verir ki, bunu Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Türkmənistan Nazirlər Kabineti sədrinin müavini Nökərquli Ataquliyevlə birgə mətbuat konfransı zamanı bildirib.

O qeyd edib ki, bununla bağlı Bakı-Tbilisi-Qars dəmir yolunun ötürücülük qabiliyyətinin artırılması və Zəngəzur dəhlizinin açılması Orta Dəhlizi daha da cəlbedici edəcək.

C.Yılmaz, həmçinin, Türkmənistan qazının Türkiyə vasitəsilə Avropa və dünya bazarlarına çıxarılması istiqamətində işlərin davam etdirildiyini də vurğulayıb.

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar