Ru
13:05 / 15 Fevral 2025

Ceyhun Bayramov Bavariyanın dövlət naziri ilə görüşdü

Ceyhun Bayramov Bavariyanın dövlət naziri ilə görüşdü
922

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Münxen Təhlükəsizlik Konfransında iştirakı çərçivəsində Bavariyanın Avropa və beynəlxalq məsələlər üzrə dövlət naziri Erik Beysvenqer ilə görüşüb.

Bakupost.az xəbər verir ki, bu barədə XİN məlumat yayıb.

Görüşdə regional əməkdaşlığın perspektivləri müzakirə olunub.

Tərəflər həmçinin iqtisadiyyat və ticarət sahəsində əlaqələrin möhkəmləndirilməsinin vacibliyini vurğulayıblar.

Azərbaycanın XİN başçısı Ceyhun Bayramov da "X" platformasında görüşlə bağlı paylaşım edib.

Nazir qeyd edib ki, tərəflər Azərbaycanla Almaniyanın regionları arasında əməkdaşlığın möhkəmlənməsinə sadiq olduqlarını bildiriblər.

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar