Vəkil Ceyhun Yusifovun vəkillik fəaliyyəti bərpa olunub.
Bakupost.az Metbuat.az-a istinadən xəbər verir ki, bu barədə Vəkillər Kollegiyasının Rəyasət Heyəti tərəfindən qərar qəbul edilib.
Qərara əsasən, mayın 1-dən etibarən onun vəkillik fəaliyyəti bərpa olunacaq.
Qeyd edək ki, Ceyhun Yusifovun vəkillik fəaliyyəti Kollegiyanın Rəyasət Heyətinin qərarı ilə 1 il müddətinə dayandırılmışdı.