Dünyanın ən populyar süni intellekt çat-botu "ChatGPT"-nin yaradıcısı olan "OpenAI" şirkəti İlon Maskı məhkəməyə verib.
Bakupost.az xarici mediaya istinadla xəbər verir ki, şirkət ABŞ Federal Məhkəməsinə müraciət edərək Maskın "OpenAI"nin işgüzar nüfuzuna zərər vuran addımlarını dayandırmasını tələb edib.
Şirkətin bəyanatında qeyd olunur ki, "X" sosial şəbəkəsində (əvvəlki "Twitter"), 200 milyondan çox izləyiciyə çatdırılan "zərərli informasiya kampaniyaları" ilə Mask şirkətin imicinə və fəaliyyətinə qəsdən zərər vurmağa çalışır.
"OpenAI" Maskın bu addımlarına görə məsuliyyətə cəlb olunmasını və dəymiş zərərin kompensasiya edilməsini tələb edir.