Ru
14:36 / 19 Mart 2025

CHP İmamoğluna görə xalqa çağırış etdi

CHP İmamoğluna görə xalqa çağırış etdi
Eye

Türkiyənin müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) sözçüsü Dəniz Yücel İstanbul şəhər bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun saxlanılması ilə bağlı açıqlama verib.

Bakupost.az xəbər verir ki, o, bütün ölkə vətəndaşlarını CHP və İmamoğluna dəstək verməyə çağırıb.

“İstanbul şəhər bələdiyyəsinin sədri Əkrəm İmamoğlu və yoldaşlarımıza edilən qanunsuzluğu böyük diqqətlə izləyirik. Demokratiyaya inanan, millətin suverenliyini və bu gözəl ölkənin gələcəyini qorumaq istəyən bütün vətəndaşlarımızı bu gün saat 14:00-da (Bakı vaxtı ilə 15:00 – red.) yaşadıqları şəhər və rayonlardakı CHP-nin təşkilat binalarına, Ankaradakı vətəndaşlarımızı isə CHP Baş Qərargahına dəvət edirik. Əkrəm İmamoğlu və yoldaşlarımızın yanındayıq. Saat 14:00-da ata evində görüşürük. Heç kim unutmamalıdır ki, heç bir güc millətin iradəsindən üstün deyil”, - Yücel bildirib

Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar