Ru
11:08 / 19 Mart 2025

CHP sədrindən İmamoğlunun saxlanılmasına təpki: “Çevrilişlə üz-üzəyik”

CHP sədrindən İmamoğlunun saxlanılmasına təpki: “Çevrilişlə üz-üzəyik”
Eye

Türkiyənin müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özəl İstanbul bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun saxlanılmasına münasibət bildirib.

Bakupost.az xəbər verir ki, o, baş verənləri “çevriliş cəhdi” adlandırıb.

“Xalqın adından qərarlar qəbul etmək, zor tətbiq etməklə xalqın iradəsini dəyişdirmək və ya ona mane olmaq çevrilişdir. Hazırda millətin növbəti prezidenti müəyyən etməsinə mane olmaq istəyən qüvvə (hakimiyyəti nəzərdə tutur – red.) meydandadır. Növbəti prezidentimizə (İmamoğlunu nəzərdə tutur – red.) qarşı çevriliş cəhdi ilə üz-üzəyik.

Millətimiz dövlətini sevir, amma kimsə dövləti millətin əleyhinə çıxarmağa çalışsa, millət buna imkan verməz. Əsl güc millətdir və sonda millət qalib gəlir. Yenə də belə olacaq. Biz təslim olmayacağıq. Sonda xalqın iradəsi və Türkiyə qalib gələcək”, - Özəl bildirib.

Partiya sədri martın 23-də CHP-də keçirilməli olan prezidentliyə namizədi müəyyən edəcək ilkin seçkilərə də toxunub: “Dörd günlük saxlanılma qərarı verildi, bu da ilkin seçkilərə təsadüf etdi. Çevriliş cəhdi ilə üz-üzəyik”.

Özgür Özəl ilkin seçkilərin baş tutacağını bildirib.

Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar