Ru
17:34 / 12 Mart 2025

Ciddə razılaşmasında Britaniya mühüm rol oynadı - BBC

Ciddə razılaşmasında Britaniya mühüm rol oynadı - BBC
Eye

Böyük Britaniya Ukrayna və ABŞ arasında atəşkəslə bağlı saziş əldə edilməsinə kömək edib.

Bakupost.az BBC-yə istinadən bildirir ki, bu barədə Böyük Britaniya hökumət mənbələri məlumat verib.

Onların dediyinə görə, Böyük Britaniya Ukrayna və ABŞ-ın Rusiyayla bağlı təklif olunan atəşkəs razılaşmasını əldə etmələrinə ciddi şəkildə kömək edib.

Ukrayna Prezidenti Zelenski bildirib ki, o, dərhal 30 günlük atəşkəsə razıdır, lakin Səudiyyə Ərəbistanında keçirilən danışıqlardan sonra Rusiya ilə razılığa gəlmək üçün ABŞ-ın bunu ona izah etməsi lazımdır.

Məlumata görə, ötən həftə ərzində Avropa tərəfindən Kir Starmerin rəhbərliyi altında ABŞ və Ukrayna münasibətlərini yaxşılaşdırmaq üçün birgə səylər göstərilib.

Britaniya baş naziri bu "heyrətamiz irəliləyiş"i tərifləyib vı "Ukraynada sülh üçün vacib an" adlandırıb.
Rusiya isə atəşkəs təklifinə hələ cavab verməyib. ABŞ Dövlət katibi Marko Rubio bildirib ki, "top artıq onlardadır".

Açıqlamadan sonra, Tramp administrasiyası Ukraynaya hərbi yardımı bərpa edəcəyini və Kiyevlə kəşfiyyat məlumatı paylaşımına yenidən başlayacağını açıqlayıb.

Böyük Britaniya mənbələri bildirirlər ki, keçən həftə Baş nazirin Milli Təhlükəsizlik Müşaviri Conatan Povell, ABŞ-li həmkarı Mayk Uoltsla Almaniya və Fransa rəsmiləri ilə birlikdə atəşkəs üçün plan hazırlayıb və bu planın ardınca atılacaq addımları müzakirə ediblər.

Həftə sonu Povell Kiyevə səfər edərək Zelenski ilə görüşüb və döyüşlərin müvəqqəti dayandırılması, sonra isə inamartırıcı tədbirlər, o cümlədən əsir mübadiləsi, Rusiyanın apardığı ukraynalı uşaqların geri qaytarılması və vətəndaşların sərbəst buraxılması barədə yazılı bir təklif hazırlayıb.

Bu təklif ukraynalılar və amerikalılar tərəfindən müsbət qarşılanıb və Səudiyyə Ərəbistanında baş verənlərə zəmin yaranıb.

Tramp jurnalistlərə bildirib ki, ABŞ rəsmiləri razılaşmanı Moskva ilə ya çərşənbə axşamı, ya da çərşənbə günü müzakirə edəcək.

Amin Rızayev, BakuPost


Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar