“Yaxın 2-3 ildə ölkə iqtisadiyyatında ciddi böhranlı dalğalar olacaq. Manat dəyərdən düşəcək, inflyasiya yüksələcək, ölkəyə valyuta daxilolmaları kəskin azalacaq, sosial problemlər artacaq".
Bunu Bakupost.az -a iqtisadçı ekspert Natiq Cəfərli bildirib.
Onun sözlərinə görə, paralel olaraq, ölkənin xərcləri də kəskin artır:
"Gəlirlərin azalması ilə paralel məcburi xərclərin də artması əlavə yük yaradacaq. Bu problemlərin sadə və tez həlli yolları yoxdur. Təəssüf ki, hökumət ciddi zaman itirdi, 2015-ci il böhranından nəticə çıxarmadı”.
Ekspert bildirib ki, Azərbaycanda uzun müddətdir tənzimlənən məzənnə rejimi tətbiqolunur:
"Daha məzənnəni bu səviyyədə saxlamaq çətin olacaq. Problemlərdən biri də odur ki, ölkədə neft hasilatı kəskin aşağı düşüb və tarixi minimum səviyyəyə enib. Son illərin ən az neft hasilatını görürük".
N.Cəfərli qeyd edib ki, neft hasilatının azalması valyuta ehtiyatlarına mənfi təsir edir:
“Çox yaxın zamanlar üçün məzənnə dəyişikliyi gözlənilməsə də, belə bir tendensiya və təhlükə ola bilər. Gələn ilin ortalarında, sonuna yaxın, 2025-ci il ərzində belə bir addımın atılması ehtimalı kifayət qədər yüksəkdir”.
Sevinc,
BakuPost
Dəyər SİZlər nəyə deyirsiniz Cənab EKSPORTlar? Ölkəmizdə son 55 ildən ilin bu mövsümü Pomidor 50, Qarpız 10-20 qəpdən baha olmayıb! Azərbaycan və Özbəkistanın zəhmətilə BÖÖYÜK QARDAŞları Rusiyada belə hər iyundan qışa qədər Pomidor və Qarpızın qiymətləri 30 və 10 qəpləri aşmazdı! Coviddən öncə uşaq, böyük fərqsiz bircə nəfərin gündəlik Ərzaq və vacib (təmizlik, dərman təminatı) 10 manatdısa, bu il 16-25 manatdan az deyil. Özəllər, ya Dövlət də (var olan iqtisadi gücümüzlə?) elə minimal yemək payı 11,5(345/30) manat dəyərində! Real inflyasiya 20-33% duyulur. Onca rayonun azadlığından 3 il keçir! Hanı onların Camışçılıq, Ətçilik kompleksləri. Daşnaklar kimi AeroPortlarımıza ABŞdan indi, bizim tərəqqi üçün *Molodnyak*lar göndəriiləcək? Onlara artıq 155mmlik (böyük bir kəndi bir atəşə yerlə yeksən edən) Hərbi Arsenal göndərilir. Hər iki Güc Mərkəzi açıq-aşkar Dünya Aləminin Hərblə məhvinə kökləniblər!? Digərləri onlardan uzaqlaşmır-əl çəkmirlər?