Ru
01:55 / 28 İyun 2024

Çimərliklərdə boğulma hadisələri daha çox hansı ərazilərdə baş verir? - Video

1574
Çimərlik mövsümünün başlanması ilə dənizə üz tutanların sayı artıb.

Xezerxeber.az-ın məlumatına görə, Xəzər dənizindəki batmaların hamısı nəzarət edilməyən ərazilərdə baş verib.

Qeyd edilib ki, bölgələrdə, xüsusən də nəzarətsiz, qeyri-çimərlik ərazilərdə boğulma riski daha çoxdur.

Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin şöbə rəisi Aqşin Əlilinin sözlərinə görə, çimmək üçün riskli hesab edilən ərazilərdə sualtı axınlar normadan artıq olur.

Şöbə rəisi sualtı təhlükələrin çox olduğu əraziləri də açıqlayıb. SEO Xidməti

O qeyd edib ki, Sabunçu rayonu, Şüvəlan, Bilgəh, Nardaran, Novxanı və Goradil qəsəbələrində yerləşən nəzarətsiz çimərliklər təhlükəli ərazi kimi qeydə alınıb və burada baş verən boğulma hadisələrinin sayı çoxdur.

Ətraflı süjetdə:




Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər