Ru
23:54 / 19 Aprel 2025

Çin ABŞ-dan qaz idxalını tam dayandırdı

Çin ABŞ-dan qaz idxalını tam dayandırdı
Eye

Çinin ABŞ-dan mayeləşdirilmiş təbii qaz idxalı on həftədən çoxdur tamamilə dayandırılıb.

Bakupost.az xəbər verir ki, bu barədə “Faynənşl Tayms” məlumat yayıb.

Bildirilib ki, bu, Çin və ABŞ arasında ticarət müharibəsinin enerji sektoruna da sirayət etdiyini nümayiş etdirir.

Məlumata görə, ABŞ-dan sonuncu maye qaz yüklənmiş gəmi 6 fevralda yola düşüb. Ancaq gəmi hələ yolda olarkən, 10 fevralda Çinin ABŞ-a cavab olaraq tətbiq etdiyi 15%-lik tarifə görə Banqladeşə yönəlib. İndi isə tariflər daha da qalxıb və Çin istehlakçıları üçün ABŞ maye qazı sərfəli deyil.

Ekspertlərin fikrincə, bu, Çin və Rusiya arasında enerji sahəsində əməkdaşlığı gücləndirəcək.

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar