Ru
18:23 / 21 Aprel 2025

Çin ABŞ-la ticarət edən ölkələrə xəbərdarlıq etdi

Çin ABŞ-la ticarət edən ölkələrə xəbərdarlıq etdi
Eye

Çin Birləşmiş Ştatları tariflərdən sui-istifadə etməkdə ittiham edib və digər ölkələri Vaşinqtonla Pekinin maraqlarına zərər vuran razılaşmalar imzalamamağa çağırıb.

Bakupost.az Reuters -ə istinadən bildir ki, gərginləşən ticarət savaşında Çin, öz maraqlarına qarşı addımlar atılarsa, qarşılıqlı və qəti tədbirlər görəcəyini bildirib.

Bu açıqlama Tramp administrasiyasının bəzi ölkələri Çinlə ticarəti azaltmaq müqabilində tarif güzəştləri təklif etməyə hazırlaşdığı barədə xəbərlər fonunda verilib. Prezident Tramp digər ölkələrə tətbiq etdiyi tarifləri dayandırsa da, Çinə qarşı 145%-ə çatan tariflər qüvvədə qalır. Pekin isə buna cavab olaraq ABŞ mallarına 125%-lik tarif tətbiq edib.

Çin ABŞ-ı "tarifləri silaha çevirməkdə" ittiham edib və bu həftə BMT Təhlükəsizlik Şurasının qeyri-rəsmi iclasını çağıraraq Vaşinqtonu tənqid edəcək. Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyası (ASEAN) ölkələri isə iki iqtisadi nəhəng arasında balans saxlamağa çalışır. Hazırda onlar Çinin ən böyük ticarət tərəfdaşıdır. Belə ki, 2025-ci ilin ilk rübündə tərəflər arasında ticarət dövriyyəsi 234 milyard dollara çatıb. ABŞ ilə ASEAN arasındakı ticarət isə 2024-cü ildə 476.8 milyard dollar təşkil edib.
Çin Prezidenti Si Cinpin bölgə ölkələrini “təktərəfli təzyiqlərə” qarşı durmağa və açıq ticarətə dəstək verməyə çağırıb.

Cavidan Salmanov,BakuPost

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar