"Azərbaycanın Çinlə münasibətləri uzun tarixi proses keçib. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ilk mərhələlərdə elə Çin Azərbaycanın müstəqilliyini tanıyıb və diplomatik əlaqələr qurub. Həmin dövrlərdə Ümummili lider Heydər Əliyevin Çinə səfərləri olub. Həmçinin qarşılıqlı şəkildə dövlət adamlarının səfərləri baş tutub. Eləcə də cənab Prezident İlham Əliyevin Çinə səfərləri olub. Yəni bütün bunlar bizim ikili əlaqələrimizdə xüsusi əhəmiyyətə malikdir. Bu əlaqələr bu gün də inkişaf edir. Nəzərə almaq lazımdır ki, Çin dünyanın iki super gücündən biridir".
O qeyd edib ki, Azərbaycanla Çin arasında ticarət dövriyyəsinin həcmi 3.8 milyard dollara yaxındır:
"Yəni, Azərbaycan Çin əlaqələri təkcə siyasi əlaqələr deyil, həmçinin iqtisadi sahədə də əməkdaşlığımız davam etməkdədir. Çin yeni dünya nizamında özünəməxsus yer tutur və Azərbaycana xüsusi önəm verir. Azərbaycanla Çinin əlaqələrində “Bir kəmər, bir yol”, Orta dəhliz layihələrinin böyük önəm kəsb edir".
Sevinc,BakuPost