Ru
22:28 / 08 Aprel 2025

Çin danışıqlara gəlsə, Tramp səxavətli olacaq - Levitt

Çin danışıqlara gəlsə, Tramp səxavətli olacaq - Levitt
Eye

ABŞ prezidenti Donald Tramp tariflərlə bağlı danışıqları müqabilində Çinə səxavətli şərtlər təklif edəcək.

Bakupost.az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karolin Levitt açıqlama verib.

"Prezident istədi ki, mən məlumat verim, əgər Çin razılaşma əldə etmək üçün təşəbbüs göstərsə, ABŞ prezidenti inanılmaz dərəcədə səxavətli olacaq", - Levitt deyib.

Eyni zamanda, o, ABŞ tariflərinə Çinin cavab tədbirlərini səhv adlandıraraq, Vaşinqtonun hər zaman daha sərt cavab verəcəyini vurğulayıb.

Bundan əvvəl ABŞ danışıqlar aparıldığı müddətdə tarifləri tətbiq etməyə davam edəcəyini açıqlamışdı.

Çin aprelin 4-də bütün ABŞ mallarına 34%-lik cavab rüsumlarını açıqlayıb. Bu tədbir aprelin 10-da qüvvəyə minəcək. Buna cavab olaraq ABŞ Çin mallarına yeni tariflər tətbiq edib. Bu xəbərdən sonra Şanxay Kompozit İndeksi bir gündə 7,34% ucuzlaşıb. Eyni zamanda, Çin Trampın tarif “şantajına” dözməyəcəyini bəyan edib.

Zaur,BakuPost

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar