Ru
15:59 / 08 Aprel 2025

Çin hərbi gücü ilə NATO-nu heyrətə gətirir - Rutte

Çin hərbi gücü ilə NATO-nu heyrətə gətirir - Rutte
Eye

NATO-nun baş katibi Mark Rutte Çinin hərbi cəhətdən güclənməsi və Tayvan yaxınlığında hərbi təlimlər keçirməsindən narahatlığını ifadə edib.

Bakupost.az xəbər verir ki, bu barədə ABC News bildirib.

"Çin sürətlə silahlı qüvvələrini, o cümlədən donanmasını artırır", - Rutte Yaponiyanın Yokosuka dəniz limanına səfərini yekunlaşdırarkən jurnalistlərə deyib.

Baş katibin sözlərinə görə, Şimali Atlantika Alyansı Çinin Tayvan yaxınlığında keçirdiyi hərbi təlimlərdən narahatdır və “onları çox diqqətlə izləyir”.

Aprelin 7-də “Japan Times” qəzetinə müsahibəsində Rutte bildirib ki, NATO Çin hərbi sənaye kompleksinə investisiyaların artmasından heyrətə gəlib. O qeyd edib ki, Çin artıq ABŞ-dan daha çox gəmiyə malikdir və 2030-cu ilə qədər Pekin nüvə başlıqlarının sayını minə çatdırmağı planlaşdırır. Rutte həmçinin Çini Vaşinqtonun Hind-Sakit okean regionundakı tərəfdaşlarına qarşı çıxan “üsyançı” adlandırıb.

Bundan əvvəl Pentaqon bəyan etmişdi ki, Rusiya Çin, Şimali Koreya və İranla hərbi əməkdaşlığı genişləndirir, onlarla texnologiya mübadiləsi aparır. ABŞ generalı Kristofer Kavoli Vaşinqtonun bunu təhdid kimi gördüyünü vurğulayıb.

Zaur,BakuPost

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar