Çin limanları Rusiyanın ABŞ-ın yeni sanksiyalarına məruz qalan 3 neft tankerini qəbul etmir.
Bakupost.az xəbəbr verir ki, bu barədə Bloomberg məlumat yayıb.
“Gəmi izləmə xidmətinin məlumatlarına görə, cümə günü ABŞ-ın sanksiyalarına məruz qalmış, 2 milyondan çox barel Rusiya nefti daşıyan üç tanker hazırda Çin Xalq Respublikasının şərq sularındadır”, - xəbərdə deyilir.
Qeyd olunur ki, "Huihai Pacific", "Mermar" və "Olia" adlı gəmilər Rusiyanın Uzaq Şərqdə yerləşən Kozmino limanından yola düşüb.
Lalə, BakuPost