Hansı bank etibarlıdır? - SORĞU
Ru
22:18 / 26 İyul 2024

Cinayət planları ilə gəzən qatillər: Ailəsini baltalayanlar, övladını girov götürənlər... - VİDEO

2050

Son günlər qətl və qəsdən sağlamlığa xəsarət yetirmə hadisələrinin artdığı müşahidə edilir.


Xüsusilə gözünü qırpmadan doğmalarını qətlə yetirən, övladını girov götürən şəxslərin bu əməlləri cəmiyyətdə böyük narahatlığa səbəb olub.

İnsanlar baş verən qətl və zorakılıq hadisələrinin səbəblərini müxtəlif amillərdə görürlər.

"Öldürmək elə adiləşib ki, kənardan görüntüsünü çəkirlər. Bu da qətllərin və insanlara mənfi təsir edəcək halların çoxalmasına gətirib çıxarır", - deyə artan qətl hadisələrinə münasibət bildirən sakin söyləyib.
Psixoloq Gülər Məmmədovanın sözlərinə görə, bu kimi əməlləri törədənlər çox vaxt cəmiyyət arasında sakit təbiətli görünən insanlar olur:

"Cinayət planı həmin insanlarda həmişə mövcud olur və mübahisə yaranan zaman bu konflikti həll etməyin yolunu belə əməllərdə görürlər. Uşaq vaxtı ağır travma yaşayan, genetik faktorlara görə psixologiyası sağlam olmayan insanlar təxəyyüllərində daim intiqam hissi ilə yaşaya bilərlər".

Daha ətraflı Baku TV-nin materialında:



Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar