Ru
11:37 / 21 Fevral 2025

Çində yeni koronavirus aşkar edildi

Çində yeni koronavirus aşkar edildi
889

Çində bir qrup alim yarasalarda insanları yoluxdurmaq potensialı olan yeni koronavirus aşkar edib.

Bakupost.az xəbər verir ki, bu barədə məlumatı Quancou Elmlər Akademiyası, Uhan Universiteti və Uhan Virusologiya İnstitutunun alimlərinin apardığı araşdırmaların nəticələrinə istinadən “South China Morning Post” yayıb.

“HKU5-CoV-2” olaraq adlandırılan yeni virusun insan hüceyrələrini də yoluxdura bildiyi qeyd olunub.

Alimlər hələ panika üçün əsas olmadığını da vurğulayıblar. Bildirilib ki, yeni virusun effektivliyi COVID-19-da olduğundan əhəmiyyətli dərəcədə azdır.

Bununla belə, mütəxəssislər hesab edirlər ki, virusun daha diqqətli araşdırılmasına ehtiyac var.

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar