Çin ABŞ prezidenti Donald Tramp və Vladimir Putin arasında görüş təşkil etməyi təklif edib.
Bakupost.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” mənbələrə istinadən yazıb.
Nəşr qeyd edib ki, görüş formatı Ukrayna prezidenti Vladimir Zelenskinin iştirakını nəzərdə tutmur.
Pekin həmçinin atəşkəs halında sülhməramlı səylərə kömək etməyə, o cümlədən Çinin sülhməramlılarını göndərməyə hazır olduğunu bildirib.
“Bu, tamamilə qeyri-mümkündür”, – nəşrin Ağ Evdəki mənbəsi deyib.
WSJ bildirir ki, Çin Trampla gömrük rüsumları ilə bağlı əlaqə yaratmaq üçün vasitəçilik missiyasında maraqlıdır.
WSJ-yə müsahibə verən Avropa rəsmiləri hesab edirlər ki, müharibənin uzanması, Avropa və ABŞ-ın hərbi resurslarının xərclənməsi, habelə Moskvanın Pekindən asılılığının artırması Çinə sərf edir.
Buna baxmayaraq, avropalılar Trampın “Çinlə böyük sövdələşmə” naminə Avropa maraqlarını qurban verə biləcəyindən narahat olduqlarını bildiriblər.
Qeyd edək ki, Tramp artıq Səudiyyə Ərəbistanında Putinlə görüş planını açıqlayıb.
Zaur, BakuPost