Ru
15:23 / 23 Sentyabr 2024

Çindən vətəndaşlarına çağırış - İsraili tərk edin!

486
Çin İsraildəki vətəndaşlarını təhlükəsizlikləri üçün mümkün qədər tez ölkəni tərk etməyə çağırıb.

Bakupost.az xəbər verir ki, Çinin Təl-Əvivdəki səfirliyindən verilən açıqlamada İsrail-Livan sərhədində hərbi qarşıdurmaların artdığı və bu səbəbdən ölkədə təhlükəsizlik vəziyyətinin “ağır, mürəkkəb və gözlənilməz” olduğu bildirilib.

“İsraildəki Çin vətəndaşlarını mümkün qədər tez ölkələrinə qayıtmağa və ya daha təhlükəsiz bölgələrdə məskunlaşmağa çağırırıq”, - deyə bəyanatda bildirilir.

Ötən ay İsrailin Livana hava zərbələri endirdikdən sonra Çin öz vətəndaşlarını bu ölkəni tərk etməyə çağırmışdı.

İsrail ordusunun sentyabrın 20-də Beyrutun cənubuna endirdiyi hava hücumundan sonra bölgədə gərginlik artır.

Hücumda 3-ü uşaq, 7-si qadın olmaqla 45 nəfər həyatını itirərkən, Hizbullah yüksək rütbəli hərbi komandirlərindən biri İbrahim Akil də daxil olmaqla 15 üzvünün öldüyünü açıqlayıb.

Sentyabrın 17-18-də Livanda peycer və radioların partlaması və ardınca Beyrut hücumu nəticəsində ümumilikdə 84 nəfər həyatını itirib.


Elnur
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar