Ru
10:42 / 18 Mart 2025

Çingiz İsmayılov xəstəxanaya yerləşdirildi - FOTO

Çingiz İsmayılov xəstəxanaya yerləşdirildi - FOTO
Eye

"Neftçi"nin keçmiş qapıçısı Çingiz İsmayılovun səhhətində problem yaranıb. AFFA-nın ilk baş katibi kimi adını tarixə yazmış sabiq funksioner hazırda xəstəxanaya yerləşdirilib.

Bakupost.az xəbər verir ki, aprelin 12-də 90 yaşı tamam olacaq əfsanəvi idman şərhçisi hazırda həkim nəzarəti altındadır. Onun hələ bir müddət də xəstəxanada saxlanılacağı bildirilir.

AFFA-nın yeni rəhbərliyi İsmayılovun sağlıq durumuna həssas yanaşır.

Federasiya tərəfindən tibb müəssisəsi ilə əlaqə saxlanılıb, müalicə prosesinun yüksək səviyyədə aparılması üçün dəstək göstərilib.



Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar