Çinli tədqiqatçılar Tszyansi əyalətində əvvəllər elmə məlum olmayan qəribə balıq növü aşkar ediblər.
Bakupost.az Xarici KİV-ə istinadən xəbər verir ki, yeni balığa Niwaella tiqrin adı verilib.
O, öz qohumlarından özünəməxsus bədən rəngi ilə fərqlənir. Belə ki, onun belində və bədəninin yuxarı yan hissəsində 20-25 eninə qara zolaq yerləşir.
Alimlərin fikrincə, bu balıq sürətli axınları və çınqıllı dibi olan təmiz dağ çaylarında yaşayır.
Lalə, BakuPost