Hansı bank etibarlıdır? - SORĞU
Ru
18:15 / 30 Oktyabr 2024

Çinin səsdən sürətli təyyarəsi... - ABŞ-a 2 saata uçacaq

678
Çinin “Space Transportation” aerokosmik şirkəti “Konkord”dan iki dəfə sürətli uçan, Pekindən Nyu-Yorka iki saata çata bilən səsdən sürətli “Yunxing” sərnişin təyyarəsinin prototipini uğurla sınaqdan keçirib.

Bakupost.az xəbər verir ki, South China Morning Post qəzetində dərc olunan hesabatda şirkətin noyabr ayında təyyarənin mühərrikini əlavə qiymətləndirilməsini planlaşdırdığı bildirilib.

“Biz 2027-ci ildə ilk uçuşu üçün tam ölçülü səsdən sürətli sərnişin təyyarəsi hazırlamağa qərarlıyıq”, - şirkətdən deyiblər.

Bu təyyarənin sürətinin səs sürətindən dörd dəfə (saniyədə təxminən 343 metr) olduğu bildirilir.

Çin səsdən sürətli reaktiv təyyarənin yeni modelini dünyanın digər şirkətlərisərnişin daşımalarına yüksək sürətli alternativlər hazırladığı bir vaxtda elan edir.

Britaniyanın Reaction Engines şirkəti bu yaxınlarda hibrid mühərrikin hazırlanmasında əldə edilən irəliləyişləri təqdim edib. Şirkət qeyd edir ki, Saber mühərriki ilə Avropadan ABŞ-a uçuşu iki saata endirmək olar.

ABŞ-ın “Boom Supersonic” şirkəti 2029-cu ilə qədər transatlantik sərnişin uçuşları həyata keçirməyi hədəfləyən “Uverture” adlı təyyarə hazırlayıb. Təyyarə səs sürətindən iki dəfə yüksək sürətlə uçacaq.

Ən son mülki səsdən sürətli təyyarə "Konkord" Britaniya və Fransa aerokosmik şirkətləri tərəfindən hazırlanıb. O, səsdən iki dəfə yüksək sürətlə uçur və 1976-2003-cü illərdə istismarda olub.

Zaur, BakuPost

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar