Çin Azərbaycanın ərazi bütövlüyü və suverenliyini ardıcıl şəkildə dəstəkləyən ölkələrdən biridir. Eyni zamanda, Azərbaycan-Çin iqtisadi əlaqələri də sürətlə inkişaf edir. Çin artıq Azərbaycanın dördüncü ən böyük ticarət tərəfdaşıdır. Bu siyahıda birinci yerdə İtaliya, ardınca isə Türkiyə, Rusiya və Çin qərarlaşıb".
Bunu
Bakupost.az -a millət vəkili Elman Nəsirov Prezident İlham Əliyevin Çinə dövlət səfərinin nəticələri haqda danışarkən bildirib.
Onun sözlərinə görə, Çinlə əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün geniş potensial mövcuddur:
"Hazırda Azərbaycanın ümumi ticarət dövriyyəsində Çinin payı 7,9 faizdir. İdxal göstəricilərinə baxdıqda isə Çin birinci yerdədir və bu sahədə payı 17,7 faizə çatıb. Yükdaşımalar və nəqliyyat sahəsi qarşılıqlı münasibətlərdə mühüm yer tutur. Orta Dəhliz layihəsi hər iki ölkə üçün strateji əhəmiyyət daşıyır. Çin malları Mərkəzi Asiyadan Qazaxıstan üzərindən Xəzər dənizinə, oradan isə Bakıya, daha sonra Gürcüstana, Türkiyəyə və oradan Qara dəniz vasitəsilə Avropaya çatdırılır. Bu nəqliyyat marşrutu nəticəsində 10 min kilometrlik məsafə 7 min kilometrə qədər qısaldılır və yükdaşımalar cəmi 12 günə reallaşır. Artıq 378 min ton yük bu dəhliz vasitəsilə daşınıb və bu göstərici getdikcə artır".
Millət vəkili bildirib ki, təhsil sahəsində də əməkdaşlıq diqqətəlayiqdir:
"Azərbaycanda iki Konfutsi institutu fəaliyyət göstərir və burada çin dili tədris olunur. Azərbaycanlı gənclərin Çin dilinə və mədəniyyətinə marağı artır və bu da iki ölkə arasında mədəni körpü rolunu oynayır. Azərbaycanın bir sıra ölkələrdə ticarət nümayəndəlikləri mövcuddur və bunlar arasında Çin xüsusi yer tutur. Çin bazarında artıq Azərbaycanın xalçaları, qida məhsulları və digər məhsulları öz yerini tapıb. Bu da milli brendlərimizin tanıdılmasına mühüm töhfə verir. Ən önəmlisi isə odur ki, Azərbaycan-Çin dostluğu və strateji tərəfdaşlığı heç bir üçüncü tərəfi hədəf almır. Hər iki dövlət Qlobal Cənubun ayrılmaz hissəsidir və beynəlxalq əməkdaşlıqda tarazlı, konstruktiv mövqe nümayiş etdirir. Prezident İlham Əliyevin Çinə etdiyi səfər çərçivəsində bir sıra mühüm sənədlər imzalanıb. Xüsusilə Azərbaycan və Çin arasında hərtərəfli strateji tərəfdaşlığın qurulması haqqında birgə bəyanat ikitərəfli və çoxtərəfli münasibətlərimizin yol xəritəsi hesab edilə bilər. Bu səfər iki ölkə arasındakı münasibətləri yeni mərhələyə yüksəldəcək”.
Sevinc,BakuPost