Ru
18:45 / 25 Fevral 2025

Çinli alimlər Marsda okean sahili kəşf etdi

Çinli alimlər Marsda okean sahili kəşf etdi
Eye

Çin alimləri Marsın şimal düzənliyində qədim okeanın sahilini tapdıqları qənaətinə gəliblər.

Bakupost.az xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.

Qeyd olunur ki, Çin tədqiqatçıları belə nəticəyə “Zhurong” adlı Çin marsroverinin göndərdiyi məlumatları təhlil edərək gəliblər.

Alimlər hesab edirlər ki, Utopiya düzənliyinin cənubundakı sualtı reflektorlar qədim okean dalğalarının əmələ gətirdiyi və ehtimal ki, gelgit axınlarının daşıdığı qum və çınqıldan ibarət olan sahil çöküntülərindən başqa bir şey deyil.

Alimlər əlavə edirlər ki, araşdırmalara görə, aşkar edilən geniş çöküntülər Yer kürəsində sahil çöküntülərinə bənzər struktura malikdir ki, bu da qədim zamanlarda bu yerdə böyük su hövzəsinin - okeanın mövcudluğunu deməyə əsas verir.

Lalə, BakuPost

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar