Hansı bank etibarlıdır? - SORĞU
Ru
11:37 / 29 İyul 2024

Çipsi yeyənlərə bəd xəbər - Xərçəng, obezit, diabet və sonsuzluq yaradır

3191
“Bir çox paketlənmış qidalarda, xüsusilə də çipsi və suxarıların tərkibində məhsulun ömrünün uzadılması, onun gec xarab olması üçün qatqı maddələrində istifadə olunur. Eynilə də həmin məhsulların içində dadlandırıcı olaraq, asılılıq yaratmaq üçün başqa kimyəvi maddələrdən istifadə edilir. Bu maddələr inkişafda olan uşaq orqanizminə birbaşa mənfi təsir göstərir. Bəzi hallarda bunların tərkibi tam şəkildə etiket məlumatlarında göstərilir. Bir çox məhsularda isə bunlar kimyəvi adlarla qeyd olunur, yaxud yan təsirləri ilə bağlı heç bir məlumat verilmir. Bu qidaları davamlı olaraq qəbul edən uşaqlarda aqressiya, gərginlik, eyni zamanda əqli cəhətdən inkişafdan geri qalma və yaddaşsızlıq kimi problemlər yaranır. Xüsusilə də həmin kimyəvi maddələr sümük əriməsinə səbəb olduğuna görə uşaqların skelet quruluşunun, eyni zamanda da orqanizmin inkişafında bir çox problemlərə gətirib çıxarır”.



Bu fikirləri Bakupost.az -a Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova deyib.

O bildirib ki, çipsinin tərkibindəki trans yağlar insan bədənindəki normal temperaturda ərimir. Bu yağlar bədəndə toplanır və qandakı yağ nisbətini çoxaldır. Bu da öz növbəsində xərçəng, obezit, diabet, sonsuzluq, qaraciyərdə funksiya pozulması və s. xəstəliklərə səbəb olur. Çipsilərin tərkibində trans yağların olması, duzdan həddindən artıq çox istifadə olunması bir çox problemlərin yaranmasına səbəb olur:


“Xüsusilə duzun çox olması, maye duz balansının pozulmasına gətirib çıxarır. Trans yağlar ürək-damar xəstəlikləri yaradır. Bir çox hallarda bu kimi məhsulların tərkibində istifadə olunan monosodium qlutomat maddəsinin sintetik tərkiblisindən istifadə olunur. Buna da el arasında “Çin duzu” deyilir. Bu da ağız dadının pozulmasına, yeni bir dadın yaranmasına səbəb olur ki, nəticədə ənənəvi qidalardan zövq almamaq, xüsusilə də davamlı olaraq o qidalarla qidalanmaq istəyi yaradır. Belə qidaları davamlı olaraq qəbul etdikdə insanlarda bəzən iştahasızlıq, bəzən də həddindən artıq qida qəbul etmək istəyi yaranır. Sağlamlığı qorumaq üçün bu qidalardan mümkün qədər uzaq durmaq lazımdır”.




Sevinc,
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar