ABŞ prezidentliyinə Respublikaçılar Partiyasından namizəd Donald Trampın müşavirləri hesab edirlər ki, seçki kampaniyasının nəticəsi seçici fəallığından asılı olacaq.
Bakupost.az xəbər verir ki, bu barədə CNN siyasətçinin baş məsləhətçisinə istinadən məlumat yayıb.
"Hər şey seçici fəallığına bağlıdır və hazırda diqqətimizi yönəltdiyimiz yeganə şey budur", - deyib.
Qeyd edək ki, bu gün 5-də ABŞ-da növbəti prezident seçkiləri keçirilir. Respublikaçı namizəd Donald Tramp və ABŞ-ın hakim Demokrat Partiyasını təmsil edən Kamala Harris dövlət başçısı postuna iddialıdırlar. Tramp Amerikanın 45-ci prezidenti olub və 2017-2021-ci illərdə vəzifədə olub. O, 2020-ci il prezident seçkilərində Demokrat Co Baydenə uduzub. İndi Ağ Evə qayıtmağa çalışır. Harris 2021-ci ilin yanvarından ABŞ-ın vitse-prezidenti vəzifəsində çalışır.
Zaur, BakuPost