Səhər saatlarında saxlanılan Türkiyənin İstanbul şəhərinin bələdiyyə sədri Əkrəm İmamoğlunun polis idarəsində dindirilməsi davam edir.
Bakupost.az xəbər verir ki, bu barədə CNN Türk məlumat yayıb.
“Polis idarəsinə gedən bütün yollar bağlanıb. 84 şübhəli saxlanılıb. Terror və korrupsiya istintaqı çərçivəsində Əkrəm İmamoğlu haqqında saxlanılma qərarı çıxarılıb. Hələlik ifadələrlə bağlı heç bir yeni məlumat yoxdur.
Tibbi müayinədən sonra İmamoğlu polis idarəsinə gətirilib, burada proseduralar (dindirilmə) davam edir”, - məlumatda deyilir.