Ru
12:03 / 30 Noyabr 2024

Co Bayden gələcək Tramp administrasiyasına çətinliklər yaradır - PUTİN

Co Bayden gələcək Tramp administrasiyasına çətinliklər yaradır - PUTİN
Eye

Vladimir Putin Astanada jurnalistlər qarşısında çıxış edərkən Donald Trampı xatırladıb. KİV nümayəndələrinin bəzi sualları Amerikanın yeni seçilmiş prezidentinin 24 saat ərzində başa çatdıracağına söz verdiyi Ukraynanın Rusiya ilə müharibəsi ilə bağlı olub.


Bakupost.az bildirir ki, bu barədə CNN məlumat yayıb.

Jurnalistlərin suallarını cavablandıran Putin, ABŞ-ın seçilmiş prezidenti Donald Trampı Ukraynadakı müharibə səbəbiylə Moskva ilə Qərb arasındakı gərginlik şəraitində "qərar" verə bilən "ağıllı və təcrübəli" siyasətçi adlandırıb. Lakin Kremlin rəhbəri ABŞ-ın hazırkı prezidenti Co Baydeni tənqid edərək bildirib ki, onun qərarları Trampın gələcək administrasiyası üçün "əlavə çətinliklər" yaradır. Bu, xüsusilə Baydenin Ukrayna qüvvələri tərəfindən Rusiya ərazisinə zərbələr endirmək üçün ABŞ-ın uzun mənzilli ATACMS raketlərindən istifadə etməsinə icazə verilməsinə aiddir.

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar