Ru
10:59 / 25 Yanvar 2025

Çökən binada axtarışlar davam edir - Şübhəli 5 nəfər saxlanıldı - FOTO

Çökən binada axtarışlar davam edir - Şübhəli 5 nəfər saxlanıldı - FOTO
Eye

Xəbər verdiyimiz kimi, dünən Türkiyənin Konya şəhərində bina çöküb. Nəticədə binada olan 5 nəfərdən üçü xilas edilib, digər iki nəfərin axtarışları isə davam etdirilir.

Bakupost.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, ölkənin Fövqəladə Halların İdarə Edilməsi Agentliyi (AFAD) hadisə yerinə axtarışlar üçün 200 nəfərlik canlı qüvvə cəlb edib.

Bununla yanaşı, axtarış-xilasetmə əməliyyatında itlərdən də istifadə edilir.
Binada olan sözügedən 5 nəfərin eyni ailənin üzvləri olduğu da məlum olub. Hazırda xilas edilən üç nəfərin xəstəxanada müalicəsi davam etdirilir.

Eyni zamanda, hadisə ilə əlaqəli olmaqda şübhəli bilinən 5 nəfər saxlanılıb.



Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar