Ru
23:40 / 20 Dekabr 2024

Colaninin başına qoyulan mükafat ləğv edildi

Colaninin başına qoyulan mükafat ləğv edildi
973
ABŞ Dəməşqdəki təmaslardan sonra Suriyada hakimiyyətə gələn “Heyət Təhrir əş-Şam” (HTŞ) silahlı qruplaşmasının lideri Əbu Məhəmməd Colani haqqında məlumat üçün təyin edilən 10 milyon dollar pul mükafatını ləğv edəcək.

Bakupost.az xəbər verir ki, bu barədə ABŞ Dövlət katibinin Yaxın Şərq məsələləri üzrə köməkçisi Barbara Lif Suriyaya səfərindən sonra onlayn brifinqdə bildirib.

Qeyd edək ki, bundan öncə ABŞ-ın sözügedən qruplaşmaya qarşı sanksiyaları ləğv edəcəyi, HTŞ-ni terror təşkilatları siyahısından çıxaracağı barədə məlumat yayılmışdı.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar