Ru
09:36 / 14 Noyabr 2024

COP29-da konfrans iştirakçıları aksiya keçirdi - FOTO

COP29-da konfrans iştirakçıları aksiya keçirdi - FOTO
Eye

Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) dördüncü günündə konfrans iştirakçıları "Pay up" ("Ödəmə vaxtıdır") şüarı altında aksiya keçiriblər.

Bakupost.az xəbər verir ki, bu, iqlim dəyişikliyinin nəticələri ilə mübarizə və həssas ölkələrə dəstək üçün inkişaf etmiş ölkələrə iqlim maliyyəsini artırmaqla bağlı çağırışdır.

Fəallar resursların ədalətli yenidən bölüşdürülməsinin və istixana qazı emissiyaları yüksək olan ölkələrin öhdəliklərinin yerinə yetirilməsinin vacibliyinə diqqət çəkiblər.

İştirakçıların iqlim ədaləti və həmrəyliyin əhəmiyyəti haqqında şüarlar yazılmış pankartlar tutduğu aksiyadan görüntüləri təqdim edirik:





Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar