"Nur çörək" zavodu yeni çeşiddə (620 qramlıq) çörək istehsalına başlayır.
Bakupost.az xəbər verir ki, zavod bu barədə sosial şəbəkə hesabında məlumat yayıb.
"Alıcılarımızın nəzərinə çatdırmaq istəyirik ki, marketlərdə 55 qəpiyə satılan 510 qramlıq zavod çörəyi ilə yanaşı fevral ayının 1-dən etibarən yeni çəkidə, yeni qiymətə - 65 qəpiyə 620 qramlıq zavod çörəyi ikinci çeşid kimi tədarük olunacaq", - deyə məlumatda bildirilir.
Əldə etdiyimiz məlumata görə, digər çörək zavodlarının da eyni addımı atacaqları gözlənilir.
Zaur, BakuPost