Ru
17:53 / 21 Noyabr 2024

Çovğun Finlandiyanı iflic etdi - 70 min adam işqısız qaldı

Çovğun Finlandiyanı iflic etdi - 70 min adam işqısız qaldı
Eye

Bu gün səhər yağan güclü qar səbəbindən Finlandiyanın bir sıra bölgələrində (184 rayonda) təxminən 70 min ev elektrik enerjisiz qalıb.

Bakupost.az xəbər verir ki, çovğun nəticəsində ağaclar infrastruktur obyektlərinin üstünə aşıb, elektrik xətləri sıradan çıxıb və böyük şəhərlər arasında dəmir yolu əlaqəsi kəsilib.

Elektrik enerjisinin kəsilməsi, eyni zamanda bütün Finlandiyada mobil şəbəkə stansiyalarının fəaliyyətinin dayanmasına səbəb olub. Finavia şirkəti Stokholm və Kopenhagenə bir sıra reyslərin ləğv edildiyini, Amsterdam və Londona uçuşların isə gecikdiyini bildirib.

Meteoroloqlar Finlandiyanı vuran qasırğaya “Yari” adı veriblər. Ölkənin cənub bölgələrində kəskin hava şəraitinin davam edəcəyi gözlənilir.

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar