Ru
14:00 / 22 Yanvar 2025

"Çox ciddi hazırlaşmışıq, qələbə qazanmaq istəyirik" - Cəfərquliyev

"Çox ciddi hazırlaşmışıq, qələbə qazanmaq istəyirik"  - Cəfərquliyev
Eye

"Matça çox ciddi hazırlaşmışıq. Şanslardan maksimum istifadə edib, qələbə qazanmaq istəyirik".

Bakupost.az xəbər verir ki, bunu "Qarabağ"ın futbolçusu Elvin Cəfərquliyev UEFA Avropa Liqasının əsas mərhələsində Bakıda Rumıniyanın FKSB klubuna qarşı keçirəcəkləri VII tur oyunundan öncə təşkil olunan mətbuat konfransında deyib.

O, rəqibi yaxşı analiz etdiklərini qeyd edib: "Doğma meydanda xalqımızı sevindirmək niyyətindəyik. Yeni ildə Avropa Liqasında ilk oyunumuza çıxacağıq. Özümü çox yaxşı hiss edirəm. Qələbə üçün əlimdən gələni edəcəyəm".

Qeyd edək ki, yanvarın 23-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Qarabağ” – FKSB matçı saat 21:45-də başlayacaq.

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar