Ru
20:15 / 28 İyun 2024

Çox yedikcə, qiymət də artır... - İqtisadçıdan bahalaşmaya reaksiya

2074
Yay mövsümü olmasına baxmayaraq, meyvə-tərəvəz bazarında qiymətin ucuzlaşması hələ ki, müşahidə olunmur.

Hazırda bazarlarda qarpız 1, yemiş 2, pomidor 3, gilas 8-15 , banan 2.90, şaftalı 3.50, gavalı 2.50, alma 3.50, ərik 5.50 manata satılır. Alıcılar ötən illə müqayisədə meyvə bazarında qiymətlərin xeyli baha olduğunu bildirirlər.

Bəs, bahalığın səbəbi nədir?




İqtisadçı Xalid Kərimli Bakupost.az -a açıqlamasında meyvələrin baha olmasının bir neçə amillə bağlı olduğunu bildirib.

Onun sözlərinə görə, bunlardan birincisi, meyvələrin bazara az həcmdə gətirilməsi və insanların market şəbəkələrindən alış-veriş etməyə üstünlük verməsidir:

“Əhali daha çox supermarketlərdən alış-veriş edir. Bu da qiymət artımına rəvac verir”.

İqtisatçı qeyri-sabit keçən hava şəraitinin də bazara çıxarılan meyvələrə təsir göstərdiyini bildirib:

“Bağda meyvəni dolu vurandan sonra təbii ki, bu, həcmə təsir göstərir. Meyvələrin qiyməti birmənalı olaraq bazara çıxarılan həcmdən asılıdır. Çünki meyvə tez xarab olan və çətin saxlanılan məhsuldur. Burda digər məsələ ixracat amilidir. Fermerlər çalışırlar ki, topdansatış etsinlər”.

X.Kərimli deyib ki, çıxış yolu kimi ya özümüz meyvə yetişdirməliyik, ya da istehlakımızı azaltmalıyıq:

“Biz istehlakçı kimi qiymət artımından narazıyıqsa, ya torpaq sahəsi alıb ağac əkməliyik, ya da istehlakçımızı azaltmalıyıq. Biz daha çox yedikcə, qiyməti də bahalaşdırırıq. Bu suda da, işıqda da belədir”.

Vasif Əlihüseyn
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər