Ru
09:55 / 07 Aprel 2025

Cüdoçularımız Avropa Kubokunda medal sayına görə ikinci oldu

Cüdoçularımız Avropa Kubokunda medal sayına görə ikinci oldu
Eye

Çexiyanın Teplitse şəhərində keçirilən yeniyetmələr arasında Avropa Kubokunun ikinci günündə Azərbaycan cüdoçuları 2 medal qazanıb.

Bu barədə Bakupost.az -a Azərbaycan Cüdo Federasiyasından bildirilib.

Ayxan Həsənli (-73 kq) və Sübhan Axundov (+90 kq) yarışın gümüş medalına yiyələnib.

Turnirin ilk günündə cüdoçularımız 7 medalla yadda qalıb. Nərmin Ağamirzadə (-48 kq) və Rəsul Əlizadə (-55 kq) qızıl, Gülşən Hüseynova (-44 kq) gümüş, Mədinə Hüseynova (-40 kq), Anar Quliyev (-50 kq) Röyal Qayıbov (-60 kq) və Əli Hümbətov (-66 kq) bürünc medalın sahibi olub.

Yeniyetmə cüdoçularımız Teplitse Avropa Kubokunu 9 medalla (2 qızıl, 3 gümüş və 4 bürünc) 38 ölkə arasında ikinci sırada bitirib.

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar