Ru
18:41 / 19 Dekabr 2024

Culani: Yeni hakimiyyətin "Əl-Qaidə" ilə əlaqəsi yoxdur

529
Suriyanın yeni hakimiyyətinin hazırda "Əl-Qaidə" terror qruplaşması ilə heç bir əlaqəsi yoxdur və yalnız öz ölkəsinin maraqları naminə fəaliyyət göstərir.

Bakupost.az xəbər verir ki, bunu Suriyadakı yeni hakimiyyətin lideri Əhməd əş-Şara (Əbu Məhəmməd əl-Culani ləqəbi ilə tanınır) “Al Arabiya” telekanalına verdiyi açıqlamada deyib.

"Biz "Əl-Qaidə" ilə əlaqələri kəsmişik. Bu qruplaşma ilə münasibətlərimiz keçmişdə qalıb", - o bildirib.

Əhməd əş-Şara hazırda Suriyanın ali maraqlarına uyğun fəaliyyət göstərdiyini vurğulayıb.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar