Ru
22:25 / 13 Fevral 2025

Dağıstanda dəhşətli qəza: 1 ölü, 15 yaralı

Dağıstanda dəhşətli qəza: 1 ölü, 15 yaralı
697

Dağıstanda mikroavtobusun iştirakı ilə baş verən qəzada xəsarət alanların sayı 15-ə çatıb.

Bakupost.az Qazeta.ru-ya istinadən bildirir ki, bu barədə regional Səhiyyə Nazirliyi məlumat yayıb.

"Babayurtovsk rayonunda federal magistralda mikroavtobusun iştirakı ilə baş verən qəza nəticəsində ilkin məlumatlara görə, ikisi 2 və 4 yaşlı uşaq olmaqla 15 nəfər xəsarət alıb", - tibb idarəsinin açıqlamasında deyilir.

"İnterfaks" isə hadisə nəticəsində 1 qadının öldüyünü bildirib.

Mikroavtobusun iştirakı ilə qəza federal magistralda Babayurtovsk rayonundakı 1 saylı Lvovskoye qəsəbəsi yaxınlığında baş verib. Respublika Daxili İşlər Nazirliyinin mətbuat xidməti bildirib ki, Həştərxan-Mahaçqala federal magistralının Babayurtovski rayonu ərazisindən keçən hissəsində “Qazel” və “Lada Granta” markalı avtomobillər toqquşub.

Zaur, BakuPost

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar