Ru
16:37 / 05 Mart 2025

Dağıstanda İŞİD-ə qarşı əməliyyat: Ölənlər var

Dağıstanda İŞİD-ə qarşı əməliyyat: Ölənlər var
Eye

Rusiyanın Dağıstan Respublikasının Kaspiysk şəhərində DİN regional idarəsinin binasında terakt törətməyi planlaşdıran dəstəyə qarşı əməliyyat keçirilib.

Bakupost.az xəbər verir ki, bu barədə Rusiyanın Milli Terrorla Mübarizə Komitəsi məlumat yayıb.

Məlumata görə, martın 5-ə keçən gecə Kaspiysk şəhərində keçirilən əməliyyat zamanı dörd döyüşçü zərərsizləşdirilib.

Toqquşmanın baş verdiyi ərazidən gizli saxlanclar, qumbaraatanlar, əldəqayırma partlayıcı qurğular, əl qumbaraları, avtomatlar, tapançalar və onlara aid sursat aşkarlanıb.

Qeyd edilir ki, Dağıstanda terror planlaşdıran döyüşçülər İŞİD terror qruplaşmasının üzvləri olublar.

Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar