“İslahatçı Qadınlar və İnnovasiyalar” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Bir gün evimizə qayıdacağıq” layihəsi çərçivəsində çəkilmiş “Dağlarda obam qaldı” sənədli qısametrajlı filmi ictimaiyyətə təqdim olundu.
Bakupost.az xəbər verir ki, tədbiri açan birliyin sədri Vüsalə Hüseynhli ərsəyə gəlmiş layihənin uzun müddətli fəaliyyət üçün hədəfləndiyini bildirib:
“Azərbaycanın ərazi bütövlüyü təmin olunduqdan sonra soydaşlarımızsın Qərbi Azərbaycan torpaqlarına, öz dogma yurdlarına qayıdışı məsələsi artıq gündəmimizdir. Bu baxımdan dünya ictimaiyyəti məlumatlandirilmalı, ermənilərin yalan informasiyalarından əlavə doğru informasiyaları da qəbul etməlidirlər".
Tədbirin moderatoru, professor, Dərələyız icmasının rəhbəri Mahirə xanım Hüseynova, Qərbi Azərbaycanın bir-birindən gözəl mahallarını xatırlayaraq, uşaqlıqdan bu günə kimi hər bir azərbaycanlının məhz bu ərazilərin niniləri, bayatıları ilə böyüdüyünü, bulaqların səsinin, çiçəklərin ətrinin 30 ildə unudulmadığını vurğuladı.
Azərbaycan Respublikası QHT-lərə Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva ərsəyə gəlmiş filmin yaradıcı heyyətinə təşəkkür edərək, bildirdi ki, təmsil etdiyi qurum bundan sonra da QHT-lərə ölkə üçün prioritet sayıloan mövzularda dəstək verməyə hazırdır.
Millət vəkilləri Naqif Həmzəyev, Hikmət Babaoğlu Qərbi Azərbaycanla bağlı xatirələrini bölüşərək, tarixi torpaqlara qayıdacaqları günün uzaqda olmadığını vurğuladılar.
Qərbi Azərbaycan ərazisində Sosial Araşdırmalar Mərkəzinin sektor müdiri, tədqiqatçı Əfqan Vəliyev Qərbi Azərbaycan ərazilərində bu günə kimi məhv edilmiş maddi-mədəni sərvətlərimizdən söhbət açaraq, beynəlxalq aləmin bu kimi faktlarla məlumatlandırılmasına ehtiyac var.
Qeyri-Hökümət Təçkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü Günel Səfərova bu istiqamətdə maarifləndirmə işinin davamına, xüsusilə məktəblərdə iş aparılmasına, az yaşlılar üçün cizgi filmlərinin çəkilməsinə ehtiyac olduğunu bildirib.
Qeyd edək ki, tədbirdə Qərbi Azərbaycandan olan alim və professorlar, vətəndaş cəmiyyətinin nümayəndələri, media nümayəndələri fikir və təkliflərini səsələndiriblər.
Sonda filmin ssenari müəllifi, tanınmış journalist Aygün Muradxanlı ərsəyə gətirdiyi işlə bağlı fikirlərini bölüşdü:
“Mən Qərbi Azərbaycan ərazilərində heç zaman olmasam da ancaq oxuduqlarım, gördüklərim, söhbət etdiyim soydaşlarımızın təsiri ilə o hisləri yaşadım və inanıram ki, çox tezliklə soydaşlarımız öz yurdlarına qayıdacaqlar.”
Xatırladaq ki, layihənin əsas məqsədi bir əsrdə dörd dəfə öz yurd-yuvasından didərgin düşmüş soydaşlarımıza, Qərbi azərbaycanlılara qarşı ermənilər tərəfindən aparılan etnik təmizləmə siyasəti ilə bağlı beynəlxalq ictimaiyyətin məlumatlandırılmasıdır. Beynəlxalq auditoriya üçün nəzərdə tutulan film yaxın günlərdə social çəbəkələr vasitəsi ilə izləyicilərə təqdim olunacaq. Filmin layihə rəhbəri Vüsalə Hüseynli, ssenaristi Aygün Muradxanlı, rejissoru Anar Bəxtiyaroğlu, tərcüməsini isə Faiq Mahmudov edib.