Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) 20 Yanvardan Saray yolu ilə Sumqayıta yeni express marşrut xətti açmağa hazırlaşır.
Bakupost.az-ın əldə etdiyi məlumata görə, bu marşrut üzrə avtobusların gələn aydan fəaliyyətə başlanılacağı gözlənilir.
Həmin avtobusların "20 Yanvar"dakı “Bravo”nun yanından yola düşəcəyi, Sumqayıtda isə "Göyərçin" heykəli yaxınlığına kimi gedəcəyi bildirilir.
Məsələ ilə bağlı AYNA-nın mətbuat katibi Tural Orucov Bakupost.az-a açıqlamasında bildirdi ki, hələlik bu haqda heç nə deyə bilməyəcək:
“Bu barədə hər hansı bir məlumat olsa, öncədən məlumat verəcəyik”.
Lalə Novruz, BakuPost