Xaçmazda 30 yaşlı kişi dəm qazından zəhərlənib.
Bakupost.az "Report"a istinadən xəbər verir ki, 20 Yanvar küçəsində 1994-cü il təvəllüdlü Əliyarov Roman Rüstəm oğlu yaşadığı evin hamamında çimərkən orada olan su qızdırıcısının buraxdığı dəm qazından zəhərlənərək ölüb.
Araşdırma aparılır.