Ru
00:25 / 07 Dekabr 2024

Daha bir ölkə çağırış etdi: Suriyanı tərk edin!

Daha bir ölkə çağırış etdi: Suriyanı tərk edin!
1520

Ukrayna Xarici İşlər Nazirliyi Suriyadakı vətəndaşlarını təhlükəsizlik vəziyyətinin pisləşməsi ilə əlaqədar ölkəni tərk etməyə çağırıb.

Bakupost.az xəbər verir ki, ölkənin Livandakı səfirliyi də Suriyadakı Ukrayna vətənaşlarına müraciət edib.

Səfirlik Suriyada qalmağa qərar verənlərə insanların sıx olduğu yerlərdən uzaq durmağı, mitinq, nümayişlərdə iştirak etməməyi, təhlükəsizlik tədbirlərinə və qaydalarına riayət etməyi, yaşayış yerini tərk etməməyi, hər zaman yanında sənədlər gəzdirməyi və ölkədə qalma müddətinin qısaldılması ehtimalını nəzərə almağı tövsiyə edir.

Qeyd edək ki, bundan öncə İraq vətəndaşlarına Suriyadan təxliyə üçün müraciət edib. Daha öncə isə Rusiya və İran da analoji çağırışı edib.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar